2023-cü ilin sentyabrında Aİ-nin sanksiya siyahısından çıxarılan “Northgas” qaz hasilat şirkətinin keçmiş həmtəsisçisi Fərhad Əhmədov Avropa İttifaqı Şurasına (Aİ) qarşı məhkəmədə qalib gəlib.
Aİ Şurasına 2022-ci il aprelin 8-dən Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb. Aİ Şurası eyni zamanda işlə bağlı bütün hüquqi xərcləri ödəməyə borcludur.
Xatırladaq ki, Azərbaycan əsilli rusiyalı iş adamı 2022-ci il aprelin 8-də Aİ sanksiyalarına məruz qalıb. Sanksiya siyahısına daxil edilməsinə əsas kimi sahibkarın Kremlə yaxınlığı, həmçinin “Ukraynada sabitliyin pozulmasına” cavabdeh olan Rusiya hökumətinə gəlir mənbəyi olan Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilib.
//Samir Qurbanov, Editor.az

