Fərhad Mehdiyev: ‘’Bayden Erməni lobbisinin kaprizlərini daha üstün tutdu’’backend

Fərhad Mehdiyev: ‘’Bayden Erməni lobbisinin kaprizlərini daha üstün tutdu’’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’ABŞ-da 12 Dekabr 2019 ci il tarixində parlamentin hər iki palatası qondarma soyqırımı tanımışdı. Bu qəbildən, məsələn Rusiya Duması, Almaniyanın Bundestaqı qondarma soyqırımı tanıyıb’’.

Bu sözləri Editor.az- açıqlamasında politoloq, hüquqşünas Fərhad Mehdiyev deyib.

Fərhad Mehdiyev bildirib ki, Bayden seçki kampaniyası zamanı erməni lobbisinə vəd vermişdi və görünən odur ki, ABŞ Türkiyə ilə münasibətləri pozmaq hesabına olsa belə, erməni lobbisinin kaprizlərini üstün tutdu: ‘’Bir məsələni də nəzərə almalıyıq ki, Bayden xeyli yaşlıdır və bir daha hərhalda seçkiyə getməyəcək’’ .

Politoloq Türkiyənin ABŞ ilə münasibətində bir soyuma olacağını, amma bunun çox ciddi nəticələrə gətirib çıxarmayacağını düşünür: ‘’Məsələn, səfirlərin geri çağırılması kimi radikal addımları görməyəcəyik.

Başqa səbəblər olmasa, bu soyuqluq uzun müddət davam etməyəcək. Türkiyə öz növbəsində, qızıldərililərin ABŞ-da soyqırıma məruz qaldığına dair bəyanat verə bilər. Erməni diasporası isə ikinci addım olaraq, Birinci Dünya Müharibəsində ölən ermənilərə görə sığorta şirkətləri vasitəsilə təzminat tələblərini irəli sürməyə çalışacaq’’.

Editor.az, Gülnarə Abasova