Fərid Novruzinin “Novaco”sunun dövlətə borcu 3 dəfə artdı – erməni malları satmaqla gündəm olmuşdubackend

Fərid Novruzinin “Novaco”sunun dövlətə borcu 3 dəfə artdı – erməni malları satmaqla gündəm olmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məşhur geyim mağazaları və kofeşoplar şəbəkəsini özündə birləşdirən “Novco” şirkətinin dövlətə olan vergi borcu son 8 ayda 3 dəfə artıb. 

32gun.az xəbər verir ki, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 3 milyon 500 min manatdır (3580591.67AZN)

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Novco” MMC-nin qanuni təmsilçisi  qanuni təmsilçisi Nicat Əliyev Məmmədrəsul oğludur.

Şirkətin əsl sahibi isə iş adamı Fərid Novruzidir. 

Mətbuatda gedən məlumata görə, mart ayında MMC-nin dövlətə olan vergi borcu 994 min 121 manat 27 qəpik idi.

Qeyd edək ki, “Novco” MMC-yə “OVS”, “Accessorize”, “Benetton” kimi geyim mağazaları şəbəkəsi, eləcə də “The Bagel Bar”, “Second Cup”, “Shakespeare” kimi məşhur restoran və kofeşoplar şəbəkəsi daxildir.

Xatırladaq ki, mətbuatda gedən məlumatlar görə, Novaco MMC-yə məxsus “OVS”  mağazası  Ermənistanda sitehsal olunan geyimləri satışa çıxarıbmış.

Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir ...