Fərid Pərdəşünas: “Xaricə gedib, bu malları ala bilən adamı gömrük saxlamalı deyil, o, gömrüyü saxlamalıdır”backend

Fərid Pərdəşünas: “Xaricə gedib, bu malları ala bilən adamı gömrük saxlamalı deyil, o, gömrüyü saxlamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas Dövlət Gömrük Komitəsinin müzakirələrə səbəb olan əməliyyatı ilə bağlı məlumata münasibət bildirib.

Pravda.az F.Pərdəşünasın ironik reaksiyasını təqdim edir:

“Gömrük Komitəsinin paylaşdığı fotoda olan geyim və aksesuarların təxmini dəyərini hesabladım: 100,000 dollar üzərindədir. Məncə, xaricə gedib, bu malları ala bilən adamı gömrük saxlamalı deyil. O, gömrüyü saxlamalıdır”.