Fərid Qayıbov İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşübbackend

Fərid Qayıbov İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanla görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində baş tutan görüş zamanı F.Qayıbov qonağın tədbirə qatılmağından məmnunluğunu ifadə edib.

Bakıda təşkil olunan tədbirin Azərbaycanla ICYF arasında əməkdaşlığın növbəti mərhələyə keçməsinə səbəb olacağı qeyd edilib

Səmimi qəbula görə təşəkkürünü bildirən T.Ayhan tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayıb.