Gənclər və idman nazirliyində kadr dəyişiklikləri davam edir.
Editor.az xəbər verir ki, nazir Fərid Qayıbov nazirliyin iki ən böyük şöbəsindən birinə-Gənclərlə iş şöbəsinə yeni təyinat həyata keçirib.
Nazir öz müşaviri Ramil Cabbarovu şöbəyə müdir təyin edib.

Xatırladaq ki, R.Cabbarov Fərid Qayıbov nazir təyin edildikdən qısa müddət sonra müşavir vəzifəsinə təyinat alıb. Məlumatlı mənbənin iddiasına görə, nazirin R.Cabbarovla bağlı planları böyükdür.
Ramil Cabbarovun gənclərlə işə məsul hazırki nazir müavini İndira Hacıyeva yaş həddi ilə əlaqədar təqaüdə göndərildikdən sonra onun yerinə təyin ediləcəyi ehtimal edilir.
Xatırladaq ki, Gənclər və idman Nazirliyinin Gənclər iş şöbəsinin müdiri vəzifəsində çalışan Fuad Babayev bu günlərdə tutduğu vəzifədən azad edilib. O, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin edilib.
//EDİTOR.AZ

