Fərid Şahbazlı “CNN Türk”ə cəbhədəki son vəziyyətdən danışıb-FOTOLARbackend

Fərid Şahbazlı “CNN Türk”ə cəbhədəki son vəziyyətdən danışıb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin nüfuzlu “CNN Türk” Televiziyasının “Mercek altında” proqramında Dağlıq Qarabağdakı son vəziyyət və Ermənistanln törətdiyi son təxribatlar müzakirə edilib.

Proqramda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın siyasi və hərbi müstəvidə təxribatlarından söz açaraq, ölkəmizin rəsmi mövqeyini ifadə edib.

Verilişdə qonaq olan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri(İGİB), jurnalist Fərid Şahbazlı qeyd edib ki, Ermənistan uzun müddətdir Azərbaycan torpaqlarında davamlı təxribatlar törədir. Onun sözlərinə görə, hadisələrin pik həddi 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub. Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda dinc sakinlər həlak olub, şəxs yaralanıb.

O qeyd edib ki, daha sonra ölkəmiz Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb.

İGİB sədri qeyd edib ki, ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır: “Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır”.

F.Şahbazlı proqramda çıxışında qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etmə əməliyyatlarına davam edəcək: “Hazırda ölkədə iqtidarlı müxalifətli bütün xalq Ali Baş Komandanın ətrafında sıx birləşib və ondan döyüş əmri gözləyir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh yalnız və yalnız Ermənistanın Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxması ilə əldə oluna bilər. Həm döyüşlərdə, həm də beynəxalq müstəvidə uduzan Ermənistanın çirkin təxribatları düşmənin son çırpıntılarıdır”.

//Editor.az