Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”backend

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Gürcüstan münasibətləri tarixdən gələn qardaşlıq bağlarına əsaslanır. Səfər çərçivəsində keçirilən görüşlər və verilən mühüm mesajlar iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək.

Bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin və inkişafın möhkəmlənməsinə xidmət edir”.

Bu açıqlama ilə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı çıxış edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrarası münasibətlərin möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

O bildirib ki, səfər çərçivəsində baş tutan görüşlər siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişafına və qarşılıqlı etimad prinsipləri üzərində qurulan tərəfdaşlığın möhkəmlənməsinə zəmin yaradır”.

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan və Gürcüstanın tarixi və mədəni bağları səfərin əhəmiyyətini daha da artırır.
Siyasi şərhçi deyib ki, əsrlər dostluq və boyu qardaşlıq şəraitində yaşayan xalqların bugünkü əməkdaşlığı yalnız iqtisadi maraqlara deyil, həm də ortaq tarixi və mədəni dəyərlərə söykənir: “Bu çərçivədə ticarət dövriyyəsinin artması, investisiya mühitinin gücləndirilməsi və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi strateji layihələrin davamlı inkişafı üçün əlverişli imkanlar yaranıb”.

Onun sözlərinə görə, səfər həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik və geosiyasi sabitliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli platforma təmin edib: “Azərbaycan-Gürcüstan tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin gücləndirilməsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq regionda nümunəvi qonşuluq və inteqrasiya modellərinin formalaşmasına da töhfə verir”.

QHT sədri vurğulayıb ki, səfərin mədəni komponenti də xüsusi önəm daşıyır: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Tbilisidə Mirzə Fətəli Axundzadənin ev-muzeyini ziyarət etməsi və mədəni tədbirlərdə iştirakı iki xalq arasında tarixi dostluğun xatırladılması və möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu addımlar göstərir ki, Azərbaycan-Gürcüstan əlaqələri yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəni və tarixi əsaslar üzərində möhkəmlənir”.

F.Şahbazlının sözlərinə görə, nəticədə bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi və Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və inkişaf üçün möhkəm təməl yaradılması geniş imkanlar yaradır.

Fərid Şahbazlı

Siyasi şərhçi