Fermada yanğın olubbackend

Fermada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb.

Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//Milli.az