Fernandinonun yeni klubu bəlli oldubackend

Fernandinonun yeni klubu bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” klubundan ayrılan Fernandino karyerasını başladığı Brazilyanın “Atletiko Paranaense” klubu ilə müqavilə imzalayıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, “şəhərlilər”in heyətində 9 mövsüm forma geyinən brazilyalı oyunçu 383 matçda 26 qola imza atıb. İngiltərə karyerası zamanı 6 dəfə liqa kubokunun qalibi olan Fernandino 5 dəfə də İngiltərə Premyer Liqasında çempion tituluna sahib olan heyətdə yer alıb. Ümumilikdə o, “şəhərlilər”in heyətində 13 dəfə kubok sevinci yaşayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az