Fərqanə həyat yoldaşı haqda: “Məni ancaq Allah qoruyub”backend

Fərqanə həyat yoldaşı haqda: “Məni ancaq Allah qoruyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Fərqanə Qasımova rejissor Nail Naiboğlunun “Qırmızı” yutub layihəsində açıqlaması ilə diqqət edib.

Əməkdar artist xarakterindən danışıb: “Səhnədə necəyəmsə, evdə də eləyəm. Səhnəyə nə qədər məsuliyyətlə yanaşmısam, evdə də öz qadınlığıma o qədər qiymət vermişəm”.

Fərqanə Qasımova “Natiq” ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovla qohum olmasından da söz açıb: “Əslində, tez qaynana olacağımı bilirdim, çünki ilk övladım qızdır. Düşünürdüm ki, qızlar tez ailə qurduğu üçün bu şansım var. Allah qismət eləsin tez nənə olum.

Bu məsələdə böyüklərin heç birinin vasitəçilyi yoxdur. Cavanların bir-birinə olan baxışlarından və ünsiyyətindən yaranan fikri olub. İki gəncin izdivac fikrinə yox demədik”.

“Fərqanə Qasımova bağışlamağı bararırmı?” sualına əməkdar artist belə cavab verib: “Fərqanə xanım ancaq bağışlamağı bacarır. Həyatımızda pis dediyimiz insanlar ən yaxında olan adamların arasındadır. Pis insanların tam mərkəzində olmuşam, məni ancaq Allah qoruyub”.

Teleqraf.com