FETÖ lideri Fətullah Gülənlə bağlı iddia: ABŞ-dəki malikanəsindən qaçırıldımı?backend

FETÖ lideri Fətullah Gülənlə bağlı iddia: ABŞ-dəki malikanəsindən qaçırıldımı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında qaldığı malikanədən qaçırıldığı xəbərləri yayılıb.

Türkiyənin “Hürriyet” qəzetinin Ankara təmsilçisi Hande Fırat “CNN Türk” telekanalının “Gecə görüşü” proqramında bu iddia ilə bağlı təfərrüatı açıqlayıb.

“Fətullah Gülənin şəkər xəstəliyi haqqında artıq hamı bilir və yaşı da məlumdur. Onun səhhəti ağırdır. Niyə belə bir müzakirə başladı? Çünki terror təşkilatında xidməti təyinatlar iyun ayında həyata keçirilir. Gülənin səhhətindəki problemlərə görə isə təşkilatda qarışıqlıq yaranıb. Çünki adətən bu təyinatlara Gülən qərar verirdi. Səhhəti pisləşməyə doğru gedir və Pensilvaniyadakı malikanədən qaçırıldığı kimi iddialar gündəmə gəlib”, – deyə Hande Fırat bildirib.

“Ancaq ortaya çıxan bir məktub var və bu məktubda təşkilat daxilində yüksəkvəzifəli şəxslər arasında yaşanan mübahisələr yer alır. Keçmiş “böyük abilər” adlandırılan şəxslər “sakitləşdirilib”. Pul və əmlakların olduğu seyfinin dəyişdirilməsinin vacibliyindən də bəhs edilir. Təşkilat daxilində gücünü itirən adlardan biri də Mustafa Özcandır ki, onun yalnız bəzi günlərdə qərargaha girməsinə icazə verildiyi bildirilir. Mustafa Özcan üzərinə dinləmə cihazı yerləşdirilməkdə ittiham olunmuşdu. İçəridə bir qrupun başında yenidən güc qazanmaq istəyən Mustafa Özcan dayanır. Özcanın hərəkətləri nəticəsində Fətullah Gülənin indiki qərargahına cadu edildiyi, izlənildiyi, sözügedən ünvandan ayrıldığı müddətdə səhhətindəki problemlərin həll olunacağı əsas gətirilərək Gülənin məkandan uzaqlaşdırılması təmin edilib. Bu səbəbdən də o, aprel ayında başqa ünvana köçüb. Katibi Cevdet Türkyolunun verdiyi icazə ilə müəyyən sayda insanla görüşə bilir”, – deyə Hande Fırat əlavə edib.

Məktubda bildirildiyinə görə, son dövrdə qərarları Fətullah Gülən deyil, onun katibi Cevdet Türkyolu verir.