Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkə rəhbərliyinin Türkiyədə tanınan FETÖ terror təşkilatına qarşı mübarizəni davam etdirəcəyini bildirib.
O, mübarizənin terror təşkilatının tam məhv olunmasına qədər davam edəcəyini vurğulayıb. Ərdoğan bildirib ki, hakimiyyət hərəkat üzvlərini harada olur-olsun təqib etmək niyyətindədir.
Xatırladaq ki, oktyabrın 20-də FETÖ-nün təbliğatçısı və rəhbəri Fətullah Gülənin ölümü ilə bağlı xəbər yayılıb. O, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhdin əsas təşkilatçısıdır.
//Samir Qurbanov, Editor.az

