Fəxrəddin Altun xəbərdarlıq etdi: “Türkiyəni aciz göstərmək istəyirlər”-FOTOLARbackend

Fəxrəddin Altun xəbərdarlıq etdi: “Türkiyəni aciz göstərmək istəyirlər”-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlətimiz bütün imkanlarını səfərbər edərək ölkəmizi bürüyən meşə yanğınları ilə mübarizə aparmaqdadır. 36 şəhərimizdə 129 yanğının 122-si nəzarət altına alınıb. Türkiyəmiz güclüdür”.

Editor.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun xaricdə bir qrup şəxsin başlatdığı yardım kampaniyasına münasibət bildirərkən özünün “Twitter” hesabında yazıb. O qeyd edib ki, bu axşamdan etibarən xaricdən başlayan və bir mərkəzdən idarə edilən və əsl məqsədi yardım etmək olmayan kampaniya Türkiyəni aciz göstərmək üçündür: “Xoş məqsədli hər bir yardım və dəstək həmrəyliyimizin tələbidir. Lakin bu kampaniya dövlət-millət həmrəyliyini sarsıtmağa yönəlmişdir”.

F.Altun qeyd edib ki, Türkiyə güclüdür və dim-dik ayaqdadır: “Prezidetnimizin dediyi kimi canlı itkilərimiz xaricində bütün zərərləri qarşılayacaq, içimizi yandıran bu atəşi söndürəcəyik”.

Onun sözlərinə görə, hazırda sosial media platformalarında , forumlarda yayılan xəbərlərin böyük əksəriyyəti yalandır: “Bu təbii fəlakətdə durumunda belə bu şəkildə yalanlar yayanların tələsinə düşməməliyik. Xahiş edirəm, rəsmi qurumların məlumatlarına etibar edəsiniz”.

//Müşfiq, Editor.az