Fəxrəddin Əsgərova şəhid statusu verildibackend

Fəxrəddin Əsgərova şəhid statusu verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 14 ildən sonra şəhidlik statusu sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub.

Xatırladaq ki, polkovnik-leytenant F. Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.

Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, F. Əsgərovun nəşi bu günə qədər tapılmayıb.