Feysbuk istifadəçilərinin şəxsi məlumatları satılıb? – Şərhbackend

Feysbuk istifadəçilərinin şəxsi məlumatları satılıb? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial media platformalarının ilk çöküş anında hamının ağlına yalnız bir şey gəldi: müharibə. Lakin xoşbəxtlikdən problem qlobal idi.

Bunu texnobloger Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, hər şey Feysbuk DNS serverlərinin cavab verməməsi ilə başlayıb:

“Yəni siz internetə “Facebook.com” yazanda internet bu adresi harada tapacağını bilmirdi. Daha sonra Feysbukun texniki direktorunun açıqlamasından çox ciddi şəbəkə problemi yaşandığı məlum oldu. “Nyu York Tayms”ın xəbərinə görə, Feysbuk ofisində vəziyyət o həddə çatmışdı ki, işçilər yalnız e-mail vasitəsilə əlaqə qura bilirdilər. Saatlar keçməsinə baxmayaraq, şəbəkə özünə gəlmədi. Bu da birbaşa birjalarda özünü göstərdi və Feysbuk səhmlərində 5.36 faizlik böyük eniş yaşandı. Mark milyardlarla dollar itirdi”.

F.Pərdəşünas qeyd edib ki, gecənin ən qorxulu xəbəri dark vebdə 1.5 milyard Feysbuk istifadəçisinin şəxsi məlumatlarının satışa çıxarılması olub:

“Bunlar arasında ad, soyad, nömrə və məkan məlumatları yer alır. Lakin bu oğurlanma faktı hələ ki, təsdiqini tapmayıb. Satıcı bütün məlumat bazasını hələ ki, açmayıb. 5000 dollara 1 milyon istifadəçi məlumatı satılıb. Şəbəkə hazırda işlək olsa da, problemlər hələ davam edəcək. Paylaşımların istifadəçilərə çatmasında ciddi problemlər var”.