FHN-də yüksək vəzifəyə təyinat – FOTObackend

FHN-də yüksək vəzifəyə təyinat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini – qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə A.Məmmədli FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılmışdı.