FHN-in polkovnik-leytenantı ölümündən əvvəl ailəsinə zəng edib – Vəsiyyətnaməsində nə yazıb?backend

FHN-in polkovnik-leytenantı ölümündən əvvəl ailəsinə zəng edib – Vəsiyyətnaməsində nə yazıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoymasının səbəbi məlum olub.

Editor.az  xəbər verir ki, “Qafqazinfo”nun FHN-dən əldə etdiyi məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O, canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.