FHN: Yasamalda təxminən 1500 kvadratmetr ərazini su basıbbackend

FHN: Yasamalda təxminən 1500 kvadratmetr ərazini su basıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Qəza nəticəsində ətraf əraziləri su basıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov deyib.

O bildirib ki, məlumatla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisənin aradan qaldırılması məqsədilə ərazi yerinə cəlb olunub:

“Hazırda su basmış ərazidə suyun çəkilməsi işləri davam etdirilir. 3 avtomobil, 7-i müxtəlif texnika suyun çəkilməsi prosesində iştirak edir. Hadisə yerinə gələn zaman məlum olub ki, suyun hündürlüyü təxminən 1 metrdən yuxarıdır. Su basan ərazi 1500 kvadrat metrdir. Hazırda suyun səviyyəsi müşahidələrimizə görə aşağı düşüb. Müəyyən yerlərdə təxminən 40 santimetr, müəyyən yerlərdə isə 20 santimetrə enib”.