FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib – FOTObackend

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Arkadi Dvorkoviç prezidenti İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Azərbaycan Şahmat Federasiyasından Editor.az-a verilən məlumata görə, bağlanış mərasimindən sonra qaliblərlə görüşən funksioner onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.