FİFA geri çəkildi: LGBT bayraqları və əlamətləri stadionlara daxil olacaqbackend

FİFA geri çəkildi: LGBT bayraqları və əlamətləri stadionlara daxil olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdəki Dünya Çempionatının keçirildiyi məkanlarda LGBT bayraqları olan azarkeşlərin təhlükəsizlik orqanları tərəfindən bird aha dayandırılmayacağına dair zəmanət verib.

Editor.az bununla bağlı “The Independent”ə istinadən xəbər verir. Xəbərə görə, FİFA Dünya Çempionatının milli federasiyalarına növbəti turun oyunları zamanı “göy qurşaqlı” bayraqların stadionlarda qadağan olunmayacağını və Qətərin bu barədə zəmanət verdiyini bildirib. Bundan əvvəl bəzi azarkeşlərin və jurnalistlərin matçlar zamanı göy qurşağı təsvirləri olan geyim əşyaları müsadirə edilib.

Azarkeşlərə dünya çempionatının “açıq” olacağı vəd edildiyi üçün, bir neçə milli federasiya FİFA qarşısında məsələ qaldırmışdı. İndi FİFA federasiyalara məktub göndərib və çempionatın təşkilatçıları da əmin ediblər ki, “göy qurşağı rəngli” əşyalar daha müsadirə edilməyəcək. Belə hadisələrin qarşısını almaq üçün stadionun təhlükəsizlik xidmətlərinə rəsmi mesajlar göndərilib.

Nəşr qeyd edir ki, ümumiyyətlə FİFA daxilində federasiyanın belə vədlərə arxalana biləcəyi doğrudurmu? Qeyd edək ki, Dünya Kuboku zamanı bir neçə Avropa komandası tərəfindən LGBT insanlara dəstək üçün “One Love” sözləri yazılmış sarğıların gəzdirilməsi ətrafında qalmaqal yaranmışdı. FİFA rəhbərliyi komandaları idman sanksiyaları ilə hədələmişdi və bütün bunların fonunda Danimarka Futbol İttifaqı FİFA-dan çıxmaq imkanını müzakirə etməyə hazır olduğunu açıqlamışdı.

  //Samir Qurbanov,Editor.az