FİFA-nın Ermənistan qərarıbackend

FİFA-nın Ermənistan qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA Ermənistan milli komandasının 2026-cı ilin sentyabrında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları zamanı baş verən insidentlərə görə Ermənistan Futbol Federasiyasını cərimələyib.

Cərimələrin ümumi məbləği təxminən 16.000 dollar təşkil edir. Ermənistan Federasiyası Portuqaliya ilə oyuna görə 14900 dollar, İrlandiya ilə oyuna görə isə 1250 dollar ödəməli olacaq.
FİFA izah edib ki, FFA komandanın intizamsız davranışı, nizam-intizamın və təhlükəsizliyin pozulması, meydançaya müdaxilə və ya müdaxilə cəhdi, pirotexniki vasitələrdən istifadə ilə bağlı pozuntulara görə cərimələnib.

Bundan başqa, FFA stadionda asayişin və təhlükəsizliyin pozulmasına və İrlandiya ilə oyun zamanı pirotexniki vasitələrdən istifadəyə görə də məsuliyyət daşıyıb.

//Samir Qurbanov, Editor.az