Ukrayna hakimiyyəti Beynəlxalq Futbol Federasiyasına (FİFA) Ukrayna prezidenti Volodimir Zelenskinin dünya çempionatının final matçında sülh mesajı ilə çıxışını təşkil etməyi təklif edib. Editor.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Lakin məlumata görə, FİFA bu təklifdən imtina edib. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, Ukrayna prezidentinin ofisi dekabrın 18-də oyun başlamazdan əvvəl Qətərdəki stadionda Zelenskinin çıxışını səsləndirilməsini təklif edib. O, söhbətin canlı yayımdan və ya qeydə alınmış müraciətdən getdiyini dəqiqləşdirməyib.
FİFA-nın imtina cavabı Ukrayna Prezident Ofisini təəccübləndirib. Ofis sözçüsünün sözlərinə görə, onlar FİFA-nın öz platformasından xeyirxahlıq üçün istifadə etmək istəyəcəyini düşünürdülər. Bununla belə, Ukrayna ilə FİFA rəhbərliyi arasında danışıqlar davam edir.
//Samir Qurbanov, Editor.az

