Filippində bərə qəzası: 7 ölü, 23 yaralı backend

Filippində bərə qəzası: 7 ölü, 23 yaralı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin paytaxtı Manilanın şərqində Quezon şəhəri sahillərində bərədə yanğın baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı bərədə 130 nəfər şəxs olub. Onlardan 7-si vəfat edib. Ölənlərdən beşi qadın, ikisi kişidir. Hadisə zamanı 23 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Sərnişinlərin xilasedici jiletləri ilə dənizdən xilas olunmağı gözləyən anlar lentə alınıb. Hadisənin bərənin idarə olunduğu otaqda yanğının başlaması ilə başladığı bildirilir.

//Nəzərbəy, Editor.az