Filippində “Bulusan” vulkanı ətrafındakı evlər boşaldılıbbackend

Filippində “Bulusan” vulkanı ətrafındakı evlər boşaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində həyəcan səviyyəsinin 0-dan 1-ə yüksəldiyi Bulusan vulkanı ətrafındakı evlər boşaldılıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, adanın cənubundakı Sorsoqon vilayətinin Juban və Kasiquran bölgələrində güclü kül yağışı səbəbindən bölgədəki insanların təxliyə edildiyi bildirilib. 180 nəfər bu gün təhlükəsiz ərazilərə köçürülüb.

Bundan əlavə dağa qalxan 4 bələdçinin və 14 alpinistin təbii fəlakətdən zərər görmədən geri qayıtdığı bildirilir.

Qeyd edək ki, püskürmədən əvvəl ərazidə bir gündə 77 vulkanik zəlzələ qeydə alınıb.

//Nəzərbəy Hacıağayev, Editor.az