Filippində daşqınlar və torpaq sürüşmələri: 11 nəfər ölübbackend

Filippində daşqınlar və torpaq sürüşmələri: 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində yanvarın 3-dən etibarən ölkənin müxtəlif bölgələrində, xüsusilə Bikol, Visayas və Mindanaoda güclü yağışlar, sel və torpaq sürüşmələri baş verib. Nəticədə bəzi kəndləri, yolları və əkin sahələrini su basıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatıb. Ölkənin Mülki Müdafiə İdarəsindən (MHM) əldə edilən məlumata görə, sel və sürüşmə nəticəsində 11 nəfər həyatını itirib.

Bundan əlavə, 263 min 906 nəfərdən ibarət 63 min 101 ailə təbii fəlakətdən zərər çəkmiş, 3 min 387 nəfərdən ibarət 815 ailə isə evlərini tərk etmək məcburiyyətində qalmışdır.

Filippinin Misayas və Mindanao bölgələri də keçən ay güclü yağışlardan zərər çəkmiş, sel və torpaq sürüşmələrində ümumilikdə 52 nəfər həyatını itirmiş, 16 nəfər isə yaralanmışdı.

//Gülnarə Abasova, Editor.az