Filippində “Megi” tropik qasırğasının yaratdığı fəsadlar davam edir.
Editor.az “Hürriyet”ə istinadən xəbər verir ki, şiddətli qasırğalar səbəbindən 17 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakət nəticəsində 42 nəfər həyatını itirib. Məlumata görə hələ də evlərdə köməksiz vəziyyətdə qalan insanlar var.
Qeyd edək ki, Filippin qasırğalardan ən çox əziyyət çəkən ölkələrdəndir. Hər il burda 20 dəfə qasırğa baş verir. “Megi” qasırğasından 4 ay əvvəl ölkə “Rai” qasırğasına məruz qalmışdı. O zaman da 400 nəfərdən çox insan həyatını itirmişdi.
//Editor.az

