“Financial Times” Zelenskini “ilin adamı” elan etdibackend

“Financial Times” Zelenskini “ilin adamı” elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “Financial Times” qəzeti Ukrayna prezidenti Volodimir Zelenskini “2022-ci ilin adamı” elan edib.

Qəzet bu barədə öz İnstaqram nəşrində yazıb. “44 yaşlı Volodimir Zelenski liderlik keyfiyyətləri və mətanətinin parlaq nümayişi sayəsində tarixə düşüb”.

Ukrayna prezidenti Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümünə çevrilib. Zelenskinin ABŞ-ın təxliyə təklifini qəbul etməyib Kiyevdə qalmaq qərarı müharibənin ən mühüm məqamlarından biri olub. “Rusiyanın genişmiqyaslı işğalı başlayandan Ukrayna Rusiyanın Kiyevə hücumunu dəf etməklə və onun digər regionlarda əks-hücumunu qarşılıq verməklə dünnyanı heyrətə gətirib”, – jurnalistlər yazır.⁠

  //Samir Qurbanov,Editor.az