Finlandiya Aİ-nin müdafiə xərclərini artırmağa kömək etməsini istəyirbackend

Finlandiya Aİ-nin müdafiə xərclərini artırmağa kömək etməsini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Maliyyə Nazirliyi ölkənin müdafiə xərclərini artırmaq üçün Avropa İttifaqından büdcə güzəştləri istəyib.

Editor.az xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir.

“Finlandiya Aİ-dən müdafiə xərclərini artırmaq üçün “büdcə bəndini” aktivləşdirməyi xahiş edib”, – deyə hesabatda bildirilir.

Bildirilir ki, Finlandiya hakimiyyəti 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in ən azı 3 faizinə çatdırmağı planlaşdırır.

Avropa Komissiyası ərizəni qiymətləndirəcək və iyunun 4-də öz qiymətləndirməsini verəcək, bundan sonra Aİ Şurası iyulda Finlandiyanın istisnalarının tətbiqini tövsiyə edib-etməməsinə qərar verəcək.

//Gülnarə Abasova, Editor.az