Finlandiya NATO-nun Rusiya ilə sərhədini gücləndirmək üçün ABŞ-dan yeni silahlar ala bilər. Editor.az xəbər verir ki, bu barədə Amerikanın RealClearDefence portalında Leksinqton İnstitutunun baş analitiki Sara Uaytın məqaləsinə istinadən RİA Novosti məlumat yayıb.
“Finlandiya yəqin ki, yeni Amerika avadanlığı üçün ən çox axtarılan namizəd olacaq”,- Uayt yazır. Onun sözlərinə görə, yaxın gələcəkdə Finlandiya ordusu ABŞ-dan yüksək kəşfiyyat imkanlarına görə NATO üçün son dərəcə yüksək dəyərə malik 64 ədəd beşinci nəsil F-35A döyüş təyyarəsi alacaq. Təhlilçi hesab edir ki, təyyarələrdən sonra ABŞ Finlandiyaya ağır zirehli maşınlar göndərə bilər.
Onun sözlərinə görə, Finlandiya Rusiya ilə uzun sərhədini nəzərə alaraq M1A1 Abrams tanklarını almağa məntiqli namizəddir. Dekabrın 18-də ABŞ və Finlandiya arasında ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalandığı bildirilib.
//Gülnarə Abasova, Editor.az

