Finlandiya bir şərtlə Rusiya ilə əməkdaşlıq edəcəkbackend

Finlandiya bir şərtlə Rusiya ilə əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Alexander Stubb Ukraynadakı münaqişənin başa çatmasından sonra Rusiya ilə tam əməkdaşlığın davam etdirilməsinin zəruriliyini etiraf edib.

Editor.az bunu RİA Novosti-yə istinadla xəbər verir. Helsinki ilə Moskva arasında gələcək 10 ildə münasibətlərin gələcəyi ilə bağlı sualı cavablandıran dövlət başçısı “müharibə bitdikdən sonra uzunmüddətli perspektivdə Rusiya ilə əməkdaşlıq yollarının axtarılmasının” zəruriliyini qeyd edib.

Ötən gün Finlandiyanın xarici işlər naziri Elina Valtonen etiraf edib ki, Qərb ölkələri Ukraynanı hərbi münaqişədə dəstəkləməkdən yorulub və getdikcə daha çox münaqişənin hansısa formada həllinə ümid edirlər. Valtonen Kiyevə daha çox yardım istəyib. Siyasətçi onu da qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət Qərbin diqqətini Ukraynadan yayındırır.

//Gülnarə Abasova, Editor.az