Finlandiya da ərizəsini yazdıbackend

Finlandiya da ərizəsini yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb. Bu barədə Editor.az “Helsingin Sanomat” nəşrinə istinadən məlumat verir. Mərasim zamanı Haavisto deyib: “Budur, Brüssel məktubu hazırdır, ümid edirəm ünvanına çatacaq”, deyə Haavisto ərizəni imzaladıqdan sonra zarafat edib.

Çərşənbə axşamı İsveçin xarici işlər naziri Ann Linde də ölkənin Şimali Atlantika Alyansına daxil olması üçün ərizə imzalayıb. Hər iki ölkənin mayın 18-də NATO-ya təkliflərini təqdim edəcəyi gözlənilir. Onilliklər ərzində hərbi ittifaqlara qoşulmamaq prinsipinə əməl edən Finlandiya və İsveç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra fikirlərini dəyişib. Hər iki ölkədə NATO-ya daxil olmaq həm siyasətçilər, həm də cəmiyyət tərəfindən dəstəklənir.

Editor.az