Finlandiya Helsinki hava limanında sığınacaq müraciətlərini məhdudlaşdıra bilərbackend

Finlandiya Helsinki hava limanında sığınacaq müraciətlərini məhdudlaşdıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sənədsiz immiqrantların sərhədi keçməsinə icazə verməyə davam edərsə, Finlandiya Helsinki Hava Limanında sığınacaq üçün müraciətlərin nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Şimali Avropa ölkəsinin xarici işlər naziri Elina Valtonen deyib. Bu həftə Fontanka nəşri son bir neçə gündə əksəriyyəti ərəb ölkələrindən olan 400 qaçqının Rusiyadan Finlandiyaya köçdüyünü bildirib.

Valtonenin sözlərinə görə, söhbət Yəmən, İraq və Suriyadan olan qeyri-qanuni mühacirlərdən gedir. FT-nin qeyd etdiyi kimi, Finlandiya Rusiya rəsmilərinin qonşu dövlətə təzyiq göstərmək üçün qaçqınlardan istifadə etdiyini iddia edir.

//Gülnarə Abasova, Editor.az