Finlandiya hökuməti: Rusiyalı turistlər üçün giriş məhdudiyyətləri davam edəcəkbackend

Finlandiya hökuməti: Rusiyalı turistlər üçün giriş məhdudiyyətləri davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada yeni hökumətin formalaşdırılması üzrə danışıqların rəhbəri Petteri Orpo rusiyalı turistlər üçün giriş məhdudiyyətlərinin davam edəcəyini “təbii” adlandırıb.

Editor.az bildirir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb. Məlumata görə Keçən il Rusiya vətəndaşlarına tətbiq edilən məhdudiyyətlər indiki hökumət öz işini başa vurduqdan sonra bitəcək.

Lakin yeni hökumət bu məsələdə heç nəyi dəyişməyəcək. “Aydındır ki, müharibə davam etdikcə giriş məhdudiyyətləri davam edəcək”, – Orpo deyib.

Qeyd edək ki, ötən ilin sentyabrında Finlandiya hakimiyyəti rusiyalı turistlər üçün sərhədi bağlamaq qərarına gəlib. Bu həftə Moskva Rusiyanın Lappeenrantadakı səfirliyinin ofisinin bağlandığını və Finlandiyanın Sankt-Peterburq, Petrozavodsk və Murmanskdakı Baş Konsulluqlarının ofislərinin fəaliyyətinə razılığın geri götürüldüyünü bəyan edib.

//Samir Qurbanov,Editor.az