Finlandiya Müdafiə Nazirliyi İsraildən “Sling David” hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğunu açıqlayıb.
Sövdələşmənin dəyəri 316 milyon avro təşkil edəcək. Sistem hərbi qüvvələrə yüksək hündürlükdə hədəfləri tutmağa imkan verməklə, Finlandiyanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Editor.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mesajında deyilir. Bundan əlavə, sövdələşmənin daha 216 milyon avro dəyərində gələcək satınalmaların mümkünlüyünü ehtiva etdiyi də bildirilir. Məlumdur ki, İsrailin hava hücumundan müdafiə sistemini almaq qərarı Finlandiya rəhbərliyi ölkənin NATO-ya daxil olmasından dərhal sonra qəbul edib. Bununla belə, sazişin yekun təsdiqi üçün Finlandiya Birləşmiş Ştatların razılığını almalıdır.
//Samir Qurbanov,Editor.az

