Finlandiya NATO ilə bağlı qərarını açıqladıbackend

Finlandiya NATO ilə bağlı qərarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stokholm və Ankara arasındakı gərginliyin məlum səbəblərə görə getdikcə daha da dərinləşdiyi üçün Finlandiya NATO-ya daxil olmasının İsveçdən ayrı başa çatdırılmalı olduğunu istisna etmir.

Editor.az “Yle”ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib. O, qeyd edib ki, təhlükəsizlik baxımından ən yaxşı variant Finlandiya və İsveçin Alyansa birlikdə qoşulmasıdır.

Lakin İsveçin qəbulunun ratifikasiyası uzundıqca Helsinki üzvlük prosesini ayrıca başa çatdırmaq barədə düşünməli ola bilər. O, həmçinin qeyd edir kb, “bu məsələdə mövqe tutmaq hələ tezdir”.

 //Samir Qurbanov, Editor.az