Finlandiya prezidenti Ankaraya gedir: NATO ilə bağlı vacib qərar qəbul ediləcəkbackend

Finlandiya prezidenti Ankaraya gedir: NATO ilə bağlı vacib qərar qəbul ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü – martın 17-də Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək.

Editor.az bildirir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö bildirib. Onun sözlərinə görə, Türkiyə Finlandiyanın alyansa üzvlüyünü təsdiqləməyə hazırdır. Prezident qeyd edib ki, Türkiyə rəsmiləri Ankaranın Helsinkinin təklifi ilə bağlı qərarını elan etmək üçün onun İstanbulda olmasını tələb ediblər:

“Bizə Finlandiyanın, həm də İsveçin mümkün qədər tez NATO-ya qoşulması vacibdir. İsveçin də NATO-ya üzvlüyünü dəstəkləmək üçün işimi davam etdirəcəyəm”

Qeyd edək ki, martın 1-də Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması haqqında qərarı təsdiqləyib.

 //Samir Qurbanov, Editor.az