Finlandiya prezidenti Alexander Stubb X sosial şəbəkəsindəki səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını bildirib.
Stubb Rusiyanı tam və qeyd-şərtsiz atəşkəslə razılaşmağa çağırıb. “Həmişə olduğu kimi, dostum Vladimir Zelenski ilə danışmaqdan zövq alıram. Biz vəziyyəti yaxın günlərdə müzakirə etdik. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə razılaşır. Rusiya da… eyni şeyi etməlidir. Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün işlərini davam etdirirlər”, – prezident yazıb.
Stubb əvvəllər demişdi ki, indi Ukraynaya sülhməramlı qoşunların yeridilməsi məsələsini müzakirə etmək vaxtı deyil. Onun fikrincə, ölkədə döyüşlər dayandırıldıqdan sonra bu mövzuya toxunulmalıdır.
//Samir Qurbanov, Editor.az