Finlandiya prezidenti Alexander Stubb Rusiya sərhədində immiqrantları geri çəkəcək mübahisəli qanunu imzalayıb və təsdiqləyib.
Editor.az xəbər verir ki, bir il müddətində qüvvədə olacaq müvəqqəti qanun 200 yerlik parlamentdən keçmək üçün tələb olunan minimum sayı olan 167 deputat tərəfindən təsdiqlənib. Sol Alyans və Yaşıllar İttifaqının deputatları qanun layihəsinin əleyhinə səs veriblər.
Mühacirlərin Skandinaviya ölkəsinə daxil olmasının qarşısını almaq üçün müvəqqəti tədbirlər görməyi hədəfləyən qanun layihəsinin Helsinki administrasiyasının “Rusiyanın hibrid müharibəsinə” cavabı olduğu irəli sürülüb. Finlandiya hakimiyyəti iddia edir ki, Moskva sənədsiz immiqrantları öz sərhədlərinə yönəldir. Baş nazir Petteri Orponun hökuməti milli təhlükəsizliyə istinad edərək, qanunun Moskvanın miqrantları Aİ-nin şimal xarici sərhədi olan Rusiya-Finlandiya sərhədi zonasına gətirmək üçün məqsədyönlü manevrləri ilə mübarizə üçün zəruri olduğunu iddia edir.
Rusiya administrasiyası mühacir və qaçqınları Finlandiya tərəfinə yönəltməsi ilə bağlı iddiaları rədd edir və bu cür bəyanatların regiondakı vəziyyəti təhrif etmək məqsədi ilə verildiyini vurğulayır.
//Gülnarə Abasova, Editor.az

