Finlandiya prezidenti Ukraynadakı münaqişəyə bir zənglə son qoymağın yolunu açıqladıbackend

Finlandiya prezidenti Ukraynadakı münaqişəyə bir zənglə son qoymağın yolunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə bir zənglə Ukraynadakı silahlı münaqişəyə son qoya bilər.

Editor.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib. Stubb hesab edir ki, Rusiya hazırda Çindən asılıdır, ona görə də Pekin mübahisənin sülh yolu ilə həllini tələb etsə, Moskva buna əməl edəcək. O, həmçinin Avropa ölkələrini Ukraynaya həm maliyyə, həm də siyasi dəstəklərini artırmağa çağırıb. O, Kiyevə yardımın artırılmasının münaqişənin tezliklə sona çatmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bundan əvvəl Financial Times Si Cinpinin narahat olduğunu və Rusiya ilə Şimali Koreyanın yaxınlaşmasını ehtiyatla izlədiyini yazmışdı.

//Gülnarə Abasova, Editor.az