Ukraynada keçirilən xüsusi hərbi əməliyyat (SVO) səbəbindən Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir.
Editor.az xəbər verir ki bunu Finlandiyanın ən böyük bank qruplarından biri olan OP-nin prezidenti Timo Ritakallio “Helsingin Sanomat” nəşrinə deyib.
“Mən hesab edirəm ki, avropalı iqtisadçılar və siyasətçilər sanksiyalarla bağlı yanılırlar. Sanksiyalar Rusiyanı diz çökdürməyəcək”,- deyə o bildirib.
O əlavə edib ki, Rusiyanın Ukraynadakı hərəkətləri dünya ölkələrinin dörddə biri tərəfindən pislənib. Nəşrin məlumatına görə, Finlandiyada 2022-ci ilin fevralından istehlak qiymətləri və faiz dərəcələri artıb.
Ritakallio bildirib ki, finlər faiz dərəcələrinin 3% səviyyəsində qalmasına hazırlaşmalıdırlar.
//Gülnarə Abasova, Editor.az

