Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, ABŞ-ın Avropadakı NATO müttəfiqləri Rusiyanın mümkün hücumundan qaçmaq üçün ABŞ qoşunlarının Avropadan çəkiləcəyi təqdirdə “aydın yol xəritəsi” olmalıdır.
Editor.az bu sözləri Politico-ya istinadla yazır.
O, Vaşinqtondan Rusiyanın “nəsə etmək” üçün heç bir fürsət pəncərəsinin olmaması üçün “aydın yol xəritəsi” tələb edib. Nazir həmçinin bildirib ki, Birləşmiş Ştatlar blokun müdafiə potensialını gücləndirmək üçün Aİ təşəbbüsləri ilə koordinasiya etməlidir. O, həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın Avropadan çıxması qitə, xüsusən də Rusiya ilə həmsərhəd ölkələr üçün təhlükə yaradır.
“Avropa Amerika potensialı olmadan çox zəifdir. Onu Avropanın imkanları ilə tamamlamaq lazımdır”, – Hakkänen bildirib.
NATO-nun baş katibi Mark Rutte bundan əvvəl Avropa liderlərini daha tez-tez televiziyaya baxmağa və ABŞ-ın yüksək səviyyəli rəhbərlərini dinləməyə çağırıb və Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı müzakirələrə toxunub. O, ABŞ-ın NATO-ya və təşkilatın Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsinə möhkəm sadiq olduğunu vurğulayıb.
//Gülnarə Abasova, Editor.az