Bu axşam Finlandiya Rusiya ilə dörd əsas sərhəd qapısını fevralın 18-dək bağlayacaq.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar son günlər sənədsiz olan immiqrant axınından sonra verilib.
Finlandiya hökuməti Moskvanı NATO üzvlüyünə cavab olaraq qaçqınları sabitliyi pozmaq üçün manipulyasiya etməkdə ittiham edir.
Normalda Rusiya-Finlandiya sərhədinə hər ay cəmi on qaçqın gəlirdi. Lakin son günlər Yaxın Şərq və Afrikadan 280 sənədsiz immiqrant piyada və velosipedlə sərhədə gəlib. Rəqəmlər az olsa da,
qəfil axın 2015-2016-cı illərin qışı ilə bağlı xatirələri yada salır. Rusiya və Finlandiya arasında hər ölkənin öz tərəfində olan insanları süzgəcdən keçirməsi ilə bağlı gizli razılaşmaya baxmayaraq, 1700 qaçqın sərhədi keçib.
Finlandiyanın baş naziri Petteri Orpo, sərhədə gələn insanlara kömək edildiyini bildirib. Sağçı və ifrat sağçı ekstremistlərdən ibarət koalisiya hökuməti üçün sərhədin bağlanması həm də təbliğat və ya yalan məlumatla manipulyasiya oluna bilən sürgün namizədlərinə “Finlandiyaya gəlməmək” mesajı verir.
//Səbinə Hüseynli, Editor.az

