Finlandiya Rusiya Federasiyası ilə sərhəddəki keçid məntəqələrini bağlı buraxacaq, baxmayaraq ki, qapadılma yanvarın 15-də başa çatmalı idi.
Editor.az bildirir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti hökumət mənbələrinə istinadən yazıb. “Mövcud vəziyyətdə sərhədin açılacağını gözləmək çətindir” – deyə hökumətdəki mənbə şərh edib. Hökumət sərhədi bağlamaq qərarını şərq sərhədinin bağlanmasından sonra Rusiyanın fəaliyyətinin dəyişmədiyi barədə hakimiyyət orqanlarından alınan məlumatla əsaslandırır.
Daxili İşlər Naziri Mari Rantanen bazar ertəsi STT televiziyasında deyib ki, şərq sərhədinin bağlanmasından sonra Rusiyanın fəaliyyətinin hər hansı bir şəkildə dəyişdiyi və ya dəyişmək niyyətində olduğu barədə məlumatı yoxdur. Çərşənbə axşamı Sərhəd Mühafizəsi bildirib ki, dörd nəfər qanunsuz olaraq Rusiyadan şərq sərhədindən keçərək Finlandiyaya gəlib.
Onlar dövlət sərhədinə qarşı cinayətdə şübhəli bilinirlər. Finlandiyanın baş naziri Petteri Orpo hesab edir ki, ölkənin Rusiya ilə şərq sərhədindəki keçid məntəqəsinin bağlanması tədbirləri davam etdirilməlidir.
//Samir Qurbanov, Editor.az