Finlandiya Rusiya sərhədindəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlibbackend

Finlandiya Rusiya sərhədindəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti Rusiya sərhədindəki bütün keçid məntəqələrini, o cümlədən ötən gecə açılan iki keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Editor.az Yle televiziyasının məlumatına istinadla xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib.

Finlandiya sərhədçiləri mətbuata bildiriblər ki, ötən gecə iki keçid məntəqəsi açılandan bəri ən azı 62 sığınacaq axtaran şəxs gəlib. Müvafiq açıqlamada bu şəxslərin bəzilərinin Somali və Suriya vətəndaşları olduğu, gələnlər arasında kişi və qadınların da olduğu bildirilib. Finlandiya Daxili İşlər Nazirliyi noyabrın 30-da Rusiya sərhədində sonuncu aktiv keçid məntəqəsi olan “Raya Jooseppi-Lotta” sərhəd qapısının bağlandığını açıqlayıb. Dekabrın 13-dək heç bir sərhəd qapısının fəaliyyət göstərməyəcəyi, beynəlxalq müdafiəyə müraciət edənlərin müraciətlərinin hava limanlarında və limanlarda qiymətləndiriləcəyi açıqlanıb.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bu qərarın “Finlandiyanın milli təhlükəsizliyini qorumaq üçün” qəbul edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az