Finlandiya siyasətçisi: “Avropanın silahlanması nüvə müharibəsinə gətirib çıxara bilər”backend

Finlandiya siyasətçisi: “Avropanın silahlanması nüvə müharibəsinə gətirib çıxara bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri yenidən silahlanma siyasətini dayandırmalıdır, çünki bu proses uzunmüddətli perspektivdə nüvə müharibəsinə səbəb ola bilər.

Editor.az xəbər verir ki, bu fikri Finlandiyada fəaliyyət göstərən millətçi-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema sosial şəbəkədə yazıb.

“Biz Avropanın yenidən silahlanmasını dayandırmalıyıq. Bu, son nəticədə bizi nüvə müharibəsinə aparacaq,” – siyasətçi bildirib.

Nəşrin məlumatına görə, Mema Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təşəbbüsü ilə həyata keçirilən Avropada Təhlükəsizlik (SAFE) proqramı çərçivəsində silah istehsalını artırmağa yönəlmiş fond haqqında da danışıb. Onun sözlərinə görə, bu yanaşma yaxın illərdə Avropanı yeni müharibə riski ilə üz-üzə qoya bilər.

Qeyd olunur ki, Avropa İttifaqı bundan əvvəl mülki büdcə vəsaitlərinin bir hissəsinin müdafiə məqsədlərinə yönəldilməsi barədə razılığa gəlib. Danimarkanın Aİ Şurasına sədrliyi dövründə Avropa Parlamenti ilə bu istiqamətdə ilkin investisiya razılaşması əldə olunub.

Sözügedən razılaşmalar, adətən, mülki layihələr üçün nəzərdə tutulan Aİ fondlarının bir qisminin müdafiə sənayesinə yönəldilməsini nəzərdə tutur.

// Gülnarə Abasova, Editor.az