Finlandiya Ukrayna üçün xilasetmə planı hazırlayıbbackend

Finlandiya Ukrayna üçün xilasetmə planı hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Xarici İşlər Nazirliyi 2025-ci ildən 2026-cı ilə qədər Ukraynanın yenidən qurulmasına dair planını açıqlayıb.

Editor.az xəbər verir ki, müvafiq sənəd Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. Bəyanatda qeyd edildiyi kimi, dərc edilmiş sənəd Ukraynanın bərpası planının birinci hissəsini təmsil edir. İkinci hissənin gələn il hazırlanacağı gözlənilir. “Plana 2025-2026-cı illərdə 50 milyon avro dəyərində layihələrin həyata keçirilməsinə imkan verəcək yeni qarışıq kredit aləti – Ukrayna İnvestisiya Fondunun yaradılması daxildir”, – sənəddə deyilir. Plan həmçinin bazar araşdırması və investisiyaya yönəlmiş müxtəlif təşəbbüsləri sadalayır.

Xüsusilə, Helsinki yerli ixrac kredit agentliyi Finnvera-ya malların xaricə ixracına sərmayə qoymaq imkanı verməyi planlaşdırır. Nazirlikdən verilən məlumata görə, qurum bu yolla mümkün kredit itkilərini kompensasiya edə biləcək. Eyni zamanda, Finlandiya hökuməti Ukraynada özəl sektorun inkişafına investisiya üçün daha 25 milyon avro ayırmaqla Finnfund dövlət fondunun kapitalını artırmağı planlaşdırır.

Qeyd edək ki, dekabrın 21-də Finlandiya Nazirlər Şurasının saytında respublikanın Ukraynaya 106 milyon avro məbləğində daha bir hərbi yardım paketi verməyi planlaşdırdığı barədə bəyanat dərc olunub.

//Gülnarə Abasova, Editor.az