Finlandiya Ukraynaya verilən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə hücumu qadağan etməyibbackend

Finlandiya Ukraynaya verilən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə hücumu qadağan etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Müdafiə Nazirliyi və parlamentin müdafiə komitəsinin sədri Jukka Kopra Yle-yə bildiriblər ki, Finlandiya hakimiyyəti Ukraynaya verilən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə hücumu qadağan etməyib.

Editor.az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkänen qeyd edib ki, belə məhdudiyyətlər əsasən Ukraynanı uzaqmənzilli çoxillik raket sistemləri ilə təchiz edən ölkələr tərəfindən tətbiq edilir.

O, nəşrə bildirib ki, Finlandiya müttəfiqləri ilə daim Ukraynaya verilən silahların istifadəsinə mümkün məhdudiyyətləri müzakirə edir. Finlandiya parlamentinin müdafiə komitəsinin sədr müavini Mikko Savola nəşrə bildirib ki, Finlandiyanın Ukraynaya verdiyi silahlar nəzəri olaraq Rusiya Federasiyasındakı hədəfləri vurmaq üçün istifadə oluna bilər, lakin bu silah növlərinin uçuş məsafəsi uzaqmənzilli raketlərdən daha azdır.

Lakin Finlandiya Ukraynaya hansı növ silahlar verdiyini açıqlamayıb.

//Samir Qurbanov, Editor.az