Finlandiya və Fransadan Kiyevə dəstəkbackend

Finlandiya və Fransadan Kiyevə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın paytaxtı Helsinkidə Fransa xarici işlər naziri Ketrin Kolonna ilə görüşən Finlandiyanın xarici işlər naziri Elina Valtonen mətbuat konfransında çıxış edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Valtonen Fransa ilə Finlandiya arasında çox uzunmüddətli və dərin əlaqələrin olduğuna diqqət çəkib.
Finlandiyanın Fransanın Avropada təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində uzunmüddətli səylərini yüksək qiymətləndirdikləri bildirilib.
Valtonen Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yüksək potensialın olduğuna diqqət çəkib və çıxışını belə davam etdirib:
“Biz NATO ilə Avropa İttifaqı (Aİ) arasında səriştə və əməkdaşlığı gücləndirməyimizi son dərəcə vacib hesab edirik. Bu məqsədlər bir-biri ilə çox sıx bağlıdır. Ukraynanın əks-hücum əməliyyatlarını davam etdirdiyi bu günlərdə bu məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz Rusiyanın müharibə aparmaq qabiliyyətinin qarşısını almaq üçün ona qarşı sanksiyalar təzyiqini saxlamalı və artırmalıyıq. Sanksiya pozuntuları ilə mübarizə aparmaq xüsusilə vacibdir.”
Fransanın xarici işlər naziri Kolonna bir çox məsələlərdə fikirlərinin Finlandiya ilə üst-üstə düşdüyünü vurğulayaraq, hər iki ölkənin güclü Avropa istədiyini və bunun Ukraynaya da aid olduğunu izah edib.
“Ukraynanın özünü müdafiə etmələri və müqavimət göstərmələri üçün lazım olan qədər yanında olduğumuzu vurğulaya bilərəm”-deyə Kolonna qeyd edib.

Safura Bənnayeva /Editor.az