Finlandiyada məktəbdə atışma: Çoxlu yaralı varbackend

Finlandiyada məktəbdə atışma: Çoxlu yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Vantaa şəhərində 800 şagird və 90 əməkdaşın təhsil aldığı məktəbə naməlum şəxs tərəfindən silahlı basqın edilib. Hücumda ən azı 3 uşağın yaralandığı bildirilərkən, polis şübhəlinin həbs olunduğunu açıqlayıb.

Editor.az ölkə mətbuatına istinadla xəbər verir ki, rəsmilər təcavüzkarın ortağı olub-olmaması və yaralananlar barədə məlumat toplamağa çalışır.

“Polis hadisə yerində araşdırma aparır. Ətrafdakılardan xahiş edirik ki, ərazidən uzaqlaşıb evlərində qalsınlar. Qapılar yad adamlara açılmamalıdır”,- polisdən verilən açıqlamada bildirilib. Hücumu törətməkdə şübhəli bilinən şəxsin tutularaq saxlanıldığı bildirilib.

//Gülnarə Abasova, Editor.az